Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) sədri Famil Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Avstriya Respublikasının Vyana şəhərinə işgüzar səfəri davam edir.
Səfərin məqsədi elmi müəssisələrin (təşkilatların) akkreditasiya və keyfiyyət təminatı sahəsində Avstriya təcrübəsi ilə tanış olmaq və sistemin qabaqcıl mexanizmlərini Azərbaycanda tətbiq etməkdir. Səfər çərçivəsində Avstriya Keyfiyyət Təminatı və Akkreditasiya Agentliyinin və Vyana Ziqmund Freyd Universitetinin məsul şəxsləri ilə görüşlər keçirilib və təcrübə mübadiləsi aparılıb.
Komissiyanın nümayəndə heyətinin üzvlərinə Avstriya Keyfiyyət Təminatı və Akkreditasiya Agentliyinin keyfiyyət təminatı, akkreditasiya, elmi tədqiqat və qiymətləndirmə proseslərində rolu haqqında ətraflı məlumat verilib və bu sahədə çağırış və perspektivlər geniş müzakirə olunub. Vyana AAK əməkdaşları Ziqmund Freyd Universitetində daxili keyfiyyət təminatı, özünüqiymətləndirmə və akkreditasiyadan keçmə prosesi istiqamətində qabaqcıl təcrübə ilə yaxından tanış olublar.
Təlim səfəri Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanda təhsilin doktorantura səviyyəsində keyfiyyət təminatı və elmi müəssisələrin akkreditasiya prosesinin gücləndirilməsi” layihəsi çərçivəsində həyata keçirilir.
Tehsil-press.az