UNEC-də peşəkar mühasib sertifikatının I mərhələsi üzrə hazırlıq kursuna qeydiyyat başlanıb

UNEC-də peşəkar mühasib sertifikatının I mərhələsi üzrə hazırlıq kursuna qeydiyyat başlanıb Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Ömürboyu Təhsil Mərkəzində peşəkar mühasib sertifikatının birinci mərhələsi üzrə hazırlıq kursuna qeydiyyat başlanıb.
Maliyyə hesabatlarının beynəlxalq standartları üzrə peşəkar mühasib sertifikatına hazırlıq kursu "Mühasibat uçotu" mövzusunu əhatə edir. Kurs Maliyyə və mühasibat fakültəsinin dekanı iqtisad elmləri namizədi Hafis Hacıyev və dekan müavini Abdulkərim Sadıqov tərəfindən tədris ediləcək.
Kursun tədris proqramı 60 saatı əhatə edir. Dərslər 3 ay ərzində UNEC-in əsas tədris binasında keçiriləcək.

Tehsil-press.az


Oxşar xəbərlər