Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Dövlət Məşğulluq Agentliyinin əməkdaşlığı əsasında UNEC Ömürboyu Təhsil Mərkəzində işsiz statusu daşıyan vətəndaşlar üçün peşə hazırlığı üzrə kurslara başlanılıb.
Layihədə 74 nəfərin iştirakı nəzərdə tutulub. Müsahibə əsasında seçilən namizədlər kursun sonunda təhsil aldıqları peşə üzrə praktiki bilik və bacarıqlar əldə edəcəklər.
Kurslar insan resursları (HR), mühasibatlıq, data analitika, əməliyyatçı-mühasib ixtisasları üzrə tədris ediləcək.
Kursu uğurla tamamlayan iştirakçılar UNEC-in sertifikatını əldə edəcəklər.
Tehsil-press.az