UNEC-in iki alimi “Elsevier” şirkətinin oktyabr ayı üzrə reytinqində yer alıb

UNEC-in iki alimi “Elsevier” şirkətinin oktyabr ayı üzrə reytinqində yer alıb “Elsevier” şirkətinin oktyabr ayı üçün reytinqi müəyyənləşib. Dünyanın 200 min aliminin elmi göstəricisinə müəyyənləşən reytinq hər alimin standartlaşdırılmış istinad göstəricilərinə, əsas və iki alt elmi istiqamətləri üzrə faiz dərəcələrinə uyğun aparılıb.
Reytinqdə Azərbaycandan siyahıya düşən 14 alimdən 2 nəfəri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) müəllimi olub.
Mühəndislik və tətbiqi elmlər kafedrasının baş müəllimi fizika üzrə fəlsəfə doktoru, Kompozit Materiallar Elmi-Tədqiqat Mərkəzinin tədqiqatçıları - Tural Nağıyev və fizika elmləri doktoru, dosent Sakin Cabbarov reytinq siyahısında yer alıblar.
Ümumilikdə reytinq nəticəsində dünyanın ən prioritet elmi istiqamətləri kimi süni intellekt və materialşünaslıq müəyyən olunub.

Tehsil-press.az



Oxşar xəbərlər