Azərbaycanda 25 məktəbə müəllimləri direktor seçir

Azərbaycanda 25 məktəbə müəllimləri direktor seçir “Azərbaycanda 25 məktəbdə direktorun həmin məktəbin müəllimlərini seçmək səlahiyyəti var”.
Bu barədə Elm və Təhsil Nazirliyinin sektor müdiri Fuad Qarayev bildirib.
O qeyd edib ki, həmin məktəblərin əksəriyyəti Bakıda yerləşir: “Lakin bununla yanaşı, bölgələrimizdə də belə məktəblər var. Bura Bakıda Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyi, Kimya-biologiya təmayüllü gimnaziyanı, S.C.Pişəvəri adına respublika humanitar fənlər gimnaziyasını, S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanı, Akademik Zərifə Əliyeva adına liseyi, Avropa liseyini, bölgələrdə - Gəncə şəhər fizika, riyaziyyat və informatika təmayüllü liseyi, Şəmkir rayon kimya-biologiya təmayüllü liseyi, Quba fizika, riyaziyyat və informatika təmayüllü liseyi və digər məktəbləri misal göstərmək olar”.
F. Qarayev əlavə edib ki, lakin seçilən şəxslər müəllimlərin işə qəbul imtahanında iştirak etməlidirlər. Öncədən işləyən müəllimlərdirsə, diaqnostik qiymətləndirmədə yüksək nəticələri olmalıdır.

Tehsil-press.az


Oxşar xəbərlər