Azərbaycan şahmatında 29-cu qorssmeyster

Azərbaycan şahmatında 29-cu qorssmeyster Azərbaycanın daha bir şahmatçısı qrossmeyster normasını yerinə yetirib.
İtaliyada gənclərin dünya çempionatında qızıl medal qazanan Abdulla Qədimbəyli 9-cu turda 3-cü qrossmeyster normasını başa vurub.
Bununla A. Qədimbəyli Azərbaycan şahmat tarixində 29-cu qrossmeyster olub.
Beynəlxalq Şahmat Federasiyasının yaxın aylarda bu barədə təsdiq məktubu ünvanlayacağı gözlənilir.
Qeyd edək ki, qaydalara görə 20 yaşlıların dünya çempionatında qalib olan şahmatçı eyni zamanda beynəlxalq qrossmeyster tituluna sahib çıxır.

Tehsil-press.az



Oxşar xəbərlər