Bakıda “Xeyirxahlıq missiyası”nın birinci layihəsi başa çatıb

Bakıda “Xeyirxahlıq missiyası”nın birinci layihəsi başa çatıb Bakıda “Xeyirxahlıq missiyası”nın birinci layihəsi başa çatıb.
Həftə ərzində peşəkar könüllülər və rusist müəllimlər 11-19 yaşlı uşaqlarla assosiativ və yaradıcı təfəkkürün inkişafına dair 10 interaktiv dərs, dillərin tədris olunması, şifahi və yazılı nitqin texnikasının inkişafına dair müasir universal metodikaların təhlili ilə müəllimlər üçün 6 ustad dərsi, mədəni, linqvistik və sosial könüllülük mövzusunda 3 görüş keçirib. Həmçinin “Coğrafi diktant” beynəlxalq aksiyası çərçivəsində testlərin təşkili və yazılmasında iştirak ediblər.
“Xeyirxahlıq missiyası” beynəlxalq humanitar könüllülük layihəsinin ölkəmizdəki təşkilatçıları Azərbaycanın Rusdilli Təhsil Müəssisələrinin Müəllimləri Assosiasiyasının dəstəyi ilə Rus Humanitar Missiyası, Könüllülər Mərkəzləri Assosiasiyası və Bakıdakı Rus Evidir.
Layihənin məqsədi müvafiq sahə üzrə Rusiyanın peşəkar könüllülərini cəlb etməklə xaricdə sosial əhəmiyyətli layihələrin həyata keçirilməsində kömək etməkdir.

Tehsil-press.az

Oxşar xəbərlər