Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşları “HUDOC” məlumat bazası barədə məlumatlandırılıb

Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşları “HUDOC” məlumat bazası barədə məlumatlandırılıb Hüquq və İnsan Haqları İnstitutunda Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna aid “HUDOC” məlumat bazası haqqında təlim keçirilib.
Təlim institutun əməkdaşı Fərid Ələkbərov tərəfindən keçirilib. İlk olaraq təlim iştirakçılarına “HUDOC” məlumat bazasının funksional axtarış bölmələri ilə işləmək üçün zəruri məlumatlar verilib. Daha sonra onlara məlumat bazasında əyani şəkildə praktiki axtarış imkanları göstərilib.
Təlimin sonunda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb, həmçinin Avropa İnsan Hüquqları Məhkəməsinin cari fəaliyyəti ilə bağlı aktual məsələlərin qısa müzakirəsi aparılıb.

Tehsil-press.az

Oxşar xəbərlər