BDU-da “İnsan alveri ilə mübarizə” mövzusunda təlim

BDU-da “İnsan alveri ilə mübarizə” mövzusunda təlim Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin Tələbə Gənclər Təşkilatı və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq Klubunun birgə təşkilatçılığı ilə “İnsan alveri ilə mübarizə” mövzusunda təlim keçirilib.
Tədbirdə təlimçi qismində vəkil Aytən Əliyeva çıxış edib. O, ilk növbədə insan alveri cinayətlərinin milli qanunvericilikdə və beynəlxalq sənədlərdə necə əks olunduğuna aydınlıq gətirib.
Təlimdə insan alverinin insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, adam oğurluğu, insan qaçaqmalçılığı ilə fərqi tələbələrin iştirakı ilə dəqiqləşdirilib. İnsan alveri qurbanlarının tora salınma üsullarından danışan təlimçi mövzu ilə bağlı statistik məlumatları da tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Təlim diskussiya formatında davam etdirilib.

Tehsil-press.az

Oxşar xəbərlər