Hüquq və İnsan Haqları İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib

Hüquq və İnsan Haqları İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
Hüquq və İnsan Haqları İnstitutunun baş direktoru, institutun Elmi şurasının sədri, hüquq üzrə elmlər doktoru Aytən Mustafazadənin iştirakı ilə keçirilən iclasda fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün beynəlxalq münasibətlər, siyasi institutlar və sistemlər ixtisasları üzrə institutun doktorant və dissertantlarının elmi işləri ilkin müzakirəyə çıxarılıb.
Namizədlər Elmi şuraya “İctimai səhiyyə sistemində bioetik prinsiplər: Azərbaycanın siyasi kursu və beynəlxalq təcrübə”, “Azərbaycan-Gürcüstan münasibətləri: yaranması, inkişafı və perspektivləri”, “Azərbaycan Respublikasının Avropa ölkələri ilə münasibətlərində dövlətlərin ərazi bütövlüyü prinsipi” mövzuları əsasında dissertasiya işlərini təqdim ediblər.
İclasda mövzuların aktuallığı, işlənmə dərəcəsi, yeniliyi müzakirə olunub.

Tehsil-press.az

Oxşar xəbərlər