Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin alimləri Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının Ofisinin təşkilatçılığı ilə müvafiq layihə çərçivəsində təklif olunmuş insan hüquqları üzrə magistratura təhsil pilləsi üçün tədris planını yenidən hazırlayıb.
Bakı Dövlət Universitetinin İnsan hüquqları və informasiya hüququ üzrə UNESCO kafedrasının müdiri professor Əmir Əliyevin rəhbərliyi ilə hüquq üzrə fəlsəfə doktoru Gülnaz Rzayeva, hüquq üzrə fəlsəfə doktoru, dosent Aytəkin İbrahimova və Şahin Məmmədrzalıdan ibarət ekspert qrupu tərəfindən “İnsan hüquqları” magistratura ixtisaslaşmasının tədris planı yenidən tərtib edilib, bütün tədris proqramları tamamilə yenidən hazırlanıb. Azərbaycan və ingilis dillərində ayrı-ayrılıqda hər biri 240 səhifə olmaqla külliyyat şəklində dərs vəsaiti çap edilib. Ekspertlər yeni tədris proqramının hazırlanması zamanı insan hüquqları üzrə təhsil sahəsində beynəlxalq təcrübəni geniş tətbiq ediblər.
Yeni tədris planı üzrə ixtisaslaşma fənləri sırasında “İnsan hüquqları: nəzəri aspektlər”, “Ayrı-ayrı insan hüquqları”, “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində insan hüquqlarının müdafiəsi”, “Vətəndaşlıq və miqrasiya problemləri”, “İnsan hüquqlarının universal müdafiə mexanizmləri”, “Ayrı-ayrı qrupların hüquqları”, “İnsan hüquqlarının regional müdafiə mexanizmləri”, “Beynəlxalq insan hüquqları və humanitar hüquq normaları”, “İnsan hüquqlarının milli müdafiə mexanizmləri” kimi tədris fənləri çərçivəsində keçirilən mövzuların qısa xülasəsi, sərbəst işlər üçün nümunəvi suallar, eləcə də tələb olunan ədəbiyyat siyahısı təqdim olunub.
Eyni zamanda, kitablarda seçmə fənn blokları üzrə “İnsan hüquqlarının fəlsəfəsi”, “İnsan hüquqlarının tarixi”, “İnsan hüquqları, sosial və mənəvi dəyərlər”, “Qlobal informasiya cəmiyyətində insan hüquqları”, “Davamlı inkişaf və insan hüquqları”, “Yeni texnologiyalar və insan hüquqları”, “Beynəlxalq cinayətlərlə mübarizə və insan hüquqları”, “Vətəndaş cəmiyyəti və insan hüquqları”, “Qadın və uşaq hüquqları”, “İnsan alverinə qarşı beynəlxalq və milli mübarizə”, “Bioetika, tibbi hüquq və insan hüquqları”, “İnsan hüquqları, sülh və təhlükəsizlik” kimi müasir dövrün tələblərinə uyğun yeni fənlərin tədris proqramları öz əksini tapıb.
Qeyd edilən vəsaitlərdən bu sahədə çalışan mütəxəssislər, ali məktəb tələbələri, elmi-tədqiqat işçiləri, həmçinin müəllimlər bəhrələnə bilərlər.
Tehsil-press.az