ADU-da “İnsan hüquqları” mövzusunda dəyirmi masa təşkil olunub

ADU-da “İnsan hüquqları” mövzusunda dəyirmi masa təşkil olunub Azərbaycan Dillər Universitetində (ADU) tələbə-müəllim heyətinin iştirakı ilə insan hüquqlarına həsr olunmuş dəyirmi masa keçirilib.
Beynəlxalq münasibətlər kafedrasının baş müəllimi Əli Mustafayev insan hüquqları ilə bağlı çıxış edib. Qeyd olunub ki, insan hüquqları dövlətin daxili müdafiə mexanizmlərindən, o cümlədən qanunvericilikdə təsbit olunmuş hüquqi normalardan və müvafiq qurumlardan ibarətdir.
Bildirilib ki, insan hüquqları ideyasının əsasında dayanan iki başlıca dəyər insan ləyaqəti və bərabərlikdir. İnsan hüquqları layiqli həyat üçün vacib olan əsas standartlar kimi başa düşülə bilər. Onların universallığı isə ən azından bu sahədə bütün insanların bərabər olması ilə bağlıdır.
Tədbirdə tələbələrin sualları cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər