“Azad İran”: “İran səfirinin səhvi” - VİDEO

“Azad İran”: “İran səfirinin səhvi” - VİDEO Son dövrlər əsasən İsrailin Azərbaycandakı səfiri Corc Dikə “Twitter”də verdiyi cavablarla gündəmə gələn, bəzən də bu işdə əsəblərini cilovlaya bilməyib əndazəni aşan İranın Azərbaycandakı səfiri Abbas Musəvi bu günlərdə Azərbaycanın İrandakı səfiri Əli Əlizadənin tvitinə öz aləmində cavab verməyə cəhd edib.
Belə ki, Əli Əlizadə öz səhifəsində qədim Azərbaycan şəhəri Təbrizin gecə görüntüsünü əks etdirən bir şəkil paylaşaraq, Azərbaycan, ingilis və fars dillərində yazıb: “Təbrizin gecələri də gözəldir”.
O taylı, bu taylı Azərbaycanda hazırkı ictimai-siyasi atmosfer kontekstində izləyicilərin böyük maraqla qarşıladığı bu status mediada da geniş rezonans doğurub. Bu da görünür ki, Abbas Musəvini çox narahat edib.
Daha ətraflı “Azad İran”ın “You Tube” kanalının “İran səfirinin səhvi” adlı növbəti buraxılışında:



Tehsil-press.az


Oxşar xəbərlər