Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) müəllimləri hibrid formatda keçirilən “TÜCAUM 2022” beynəlxalq simpoziumunda çıxış ediblər.
Ankara Universiteti Türkiyə Coğrafiyası Araşdırma və Tətbiq Mərkəzi tərəfindən coğrafiya və əlaqəli sahələrdə çalışan alimlərin bir araya gətirildiyi simpoziumda İqtisad Universitetinin Sosial innovasiyalar və ictimai idarəetmə kafedrasının baş müəllimi Firuzə Cəfərova kafedranın dosenti İlqar Xəlilovla həmmüəllif olduqları “Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrində kənd təsərrüfatı sahələrinin inkişafının müasir vəziyyəti və dayanıqlı inkişaf perspektivləri” mövzusunda çıxış edib.
Simpoziuma onlayn qatılan kafedranın dosenti Afaq Hacıyevanın çıxışı isə “Böyük Qafqazın cənub-şərq yamacının təbii landşaftlarında otlaq təsərrüfatının yaratdığı ekoloji problemlər” mövzusunda olub.
Tehsil-press.az