
“Beynəlxalq ticarət sisteminin təkamülü, problemlər və perspektivlər” mövzusunda keçirilən simpoziumda professor E.Sadıqov Azərbaycanın valyuta siyasəti mövzusunda çıxış edib. Eləcə də dünya valyuta bazarının inkişafı, beynəlxalq ticarətə və ölkələr arasında kapitalın hərəkətinə təsir göstərən rəqabətli bazar mexanizmindən bəhs edib. Çıxışın sonunda UNEC professoru sualları cavablandırıb.
Tehsil-press.az