Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) bu ali məktəbin “TEKNOFEST Azərbaycan” festivalının iştirakçıları ilə görüş keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Vətən müharibəsi şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbirdə əvvəlcə ADNSU komandalarının “TEKNOFEST”də iştirakından bəhs edən videoçarx nümayiş olunub.
ADNSU-nun “TEKNOFEST Azərbaycan” layihəsi üzrə işçi qrupunun rəhbəri Elviz İsmayilov Azərbaycan-Türkiyə qardaşlığını əks etdirəm möhtəşəm festivalda universitetin komandalarının layihələri haqqında danışıb.
Sonra festivalın iştirakçısı olan komandalar səhnəyə dəvət olunub, onlara hədiyyələr təqdim edilib. Əvvəlcə II yerə, sonra isə I yerə layiq görülən komandaların layihələrindən bəhs edən videoçarxlar nümayiş olunub və həmin komandaların üzvlərinə hədiyyələr təqdim edilib.
Rektor Mustafa Babanlı ADNSU komandalarının festivalda uğurlu iştirakının universitetdə 2015-ci ildən başlayan startap hərəkatının sayəsində mümkün olduğunu qeyd edib. M.Babanlı nüfuzlu beynəlxalq festivalın finalçılarını universitetdə yaradılmış Akselerasiya mərkəzinə dəvət edib. Qalib komandaların layihələrini təkmilləşdirmələri üçün Akselerasiya mərkəzində lazımi bütün imkanlarla təmin olunacaqlarını qeyd edən M.Babanlı layihələrin patentləşdirilməsi işində ADNSU-nun tələbələrə dəstək verməyə hazır olduğunu deyib. O, “TEKNOFEST Azərbaycan”da iştirak edən komandaların universitetin fakültələri üzrə təmsilçiliyi məsələsini diqqətə çatdırıb. Rektor festivalda iştirakçılıq səviyyəsi aşağı olan fakültələrin tələbələrinin də innovativ layihələrin hazırlanmasıda iştiraka motivasiya edilmələrinin əhəmiyyətini vurğulayıb.
Tədbirdə “TEKNOFEST Azərbaycan” festivalında I və II yerləri tutan hər bir komandaya layihələrini təkmilləşdirmələri üçün sərmayə yatırmaları məqsədilə müvafiq olaraq 5000 və 3000 manat pul mükafatları, bundan əlavə bütün komandaların üzvlərinə, istər sadə iştirakçılara, istərsə də I və II yerlərin qaliblərinə müvafiq məbləğdə mükafatlar təqdim olunub.
Tehsil-press.az