
Aliaksandr Birukou məruzəsində “Springer Nature”nin beynəlxalq nəşriyyat imkanları, Azərbaycandakı tədqiqatçılar üçün təqdim edilən açıq giriş (Open Access) təşəbbüsləri haqqında ətraflı məlumat verib. “Springer Nature”nin hər il 1,5 milyondan çox məqalə qəbul etdiyi, 410000-dən çox elmi məqalə yayımladığı, 2,9 milyarddan çox məzmun yüklədiyi iştirakçıların diqqətinə çatdırılıb. Açıq girişin müəlliflər üçün daha faydalı olduğu və elmi kəşflərin cəmiyyətə sürətli çatmasını təmin etdiyi vurğulanıb. Konfrans materiallarının “Springer Nature” tərəfindən vacib nəşr forması kimi dəstəkləndiyi bildirilib.
Qeyd olunub ki, “Springer Nature” nəşriyyatında Azərbaycandan olan tədqiqatçılar üçün 50% APC (məqalə ödəniş haqqı) endirimi imkanı mövcuddur. Azərbaycanda “Springer Nature” nəşrlərində daha çox iştirak üçün xüsusi buraxılışlar və beynəlxalq konfranslardan çıxış materiallarının dərc olunması təşviq edilir. Təqdimatda “Springer Nature”nin dünyanın ən böyük elmi kitab nəşriyyatlarından biri olduğu vurğulanıb və kitab nəşri prosesi izah edilib.
Təqdimatın sonunda dil baryerinin aradan qaldırılması üçün avtomatik tərcümə xidmətləri və elmi nəşrdə AI/NLP texnologiyalarının rolu haqqında danışılıb və professor-müəllim heyətini maraqlandıran suallar cavablandırılıb.
Tehsil-press.az