Lavrov G20 sammitini niyə tez tərk etdi?

Lavrov G20 sammitini niyə tez tərk etdi? Rusiyanın xarici işlər naziri Sergey Lavrov G20 sammitini tərk edib.
Rusiyanı təmsil edən nazir sammitdəki işini bu gün yekunlaşdırıb.
Lakin 2 gün davam edəcək sammitdə Rusiya tərəfinin sammiti erkən tərk etməsi dünya mediasının müzakirələrinə səbəb olub.
Belə ki, Rusiyanın iştirakını tez dayandırması bir neçə versiyalara zəmin yaradıb.
Bu barədə Almaniya mətbuatı bildirib ki, Lavrovun sammiti erkən tərk etməsi nazirlərin onunla şəkil çəkdirməkdən imtina etməsi olub. Digər versiyaya görə isə, sammit boyu anti-Rusiya bəyanatları bu addımı atmağa səbəb olub.
Qeyd edək ki, bu gün İndoneziyanın Bali adasında G20 sammiti başlayıb. Sammit noyabrın 16-sı da öz işini davam etdirəcək.

Tehsil-press.az




Oxşar xəbərlər