Azərbaycan alimləri Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun mükafatına layiq görülüblər

Azərbaycan alimləri Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun mükafatına layiq görülüblər Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin tərkibində olan İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutu (İKSAD) göstərdikləri səmərəli fəaliyyətlərə görə Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov və professor Ramazan Qafarlını 2021-ci ilin elm mükafatına layiq görüb.
Mükafatları yanvarın 14-də İKSAD-ın Azərbaycan üzrə baş təmsilçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşı Əlvan Cəfərov təqdim edib. Təqdimat zamanı İKSAD-ın sədri Mustafa Latif Emek canlı bağlantı ilə mükafatçıları təbrik edib.
İKSAD bir çox ölkələrdə böyük sosial və iqtisadi layihələr həyata keçirir. Qurum 2020-ci ildə Azərbaycanda 10-dan çox beynəlxalq konfrans təşkil edib. Dədə Qorquda, Bəxtiyar Vahabzadəyə, Novruz bayramına həsr olunmuş konfransların təşkilində Folklor İnstitutu da fəal iştirak edib.
Folklor İnstitutu və İKSAD-ın birgə əməkdaşlığı davam edir. 2021-ci ilin iyul, avqust və sentyabr aylarında birgə konfransların təşkili planlaşdırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər