Azərbaycan Dillər Universitetində (ADU) Multikulturalizm Mərkəzi və Azərbaycanşünaslıq Elmi Mərkəzinin birgə təşkilatçılığı ilə Beynəlxalq Tolerantlıq Günü münasibətilə dəyirmi masa keçirilib.
Dəyirmi masada Multikulturalizm Mərkəzinin müdiri Loğman Rəşidzadə tolerantlığın mahiyyətindən bəhs edib, sosial sferada təsirləri barədə məlumat verib.
Azərbaycan Turizm və Menecment Universitetinin müəllimi Elşən Bayramzadə çıxışı zamanı Azərbaycanın tarixən tolerant ölkə olduğunu diqqətə çatdırıb. O, tolerantlığın fəlsəfi–tarixi mahiyyəti və multikulturalizm siyasətinin prinsiplərindən danışıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı Fəxri Uğurlu ədəbiyyatda tolerantlıq mövzusunu önə çəkərək, faktlar və sitatlarla bədii əsərlərdə tolerant əhval–ruhiyyənin təsvirindən bəhs edib.
Azərbaycanşünaslıq Elmi Mərkəzinin əməkdaşı Səbuhə Aslanova isə tolerantlığın müasir ictimai münasibətlərin qurulmasında üstün rolundan söz açıb.
Fəlsəfə və ictimai elmlər kafedrasının müdiri dosent Ədalət Abdiyeva, professor Aidə Yusifova, dosent Qorxmaz Mustafayev mövzu ilə bağlı fikirlərini bildiriblər.
Diskussiya şəklində davam edən tədbirdə Azərbaycan Dillər Universitetinin müəllimləri, tələbələri və qonaqlar iştirak ediblər.
Tehsil-press.az