Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Beynəlxalq Tolerantlıq Gününə həsr olunan tədbir keçirilib.
Tədbirdə AzMİU-nun prorektoru, professor Arif Şərifov Prezident İlham Əliyevin 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etməsi barədə qərarını ölkəmizin tolerantlıq ənənələrinə, mədəniyyətlər və sivilizasiyalar arası dialoqa mühüm töhfə verəcəyini qeyd edib. Beynəlxalq Tolerantlıq Gününün tarixi və mahiyyətindən söz açan prorektor vurğulayıb ki, ölkəmizdə mövcud ictimai sabitlik, vətəndaş həmrəyliyi, etnik və dini tolerantlıq milli siyasətin məntiqi nəticəsidir. Bu siyasət Azərbaycanın dünyada tanınmasına, milli mədəniyyətimizin təbliğinə şərait yaratmaqla yanaşı, ölkəmizin Şərq və Qərb sivilizasiyaları arasında körpü missiyasını yerinə yetirməsinə imkan verir.
Sonra AzMİU-nun elmi-tədqiqat şöbəsinin müdiri, ictimai fənlər kafedrasının dosenti Könül Əliyevanın “İslam və demokratiya” mövzusunda məruzəsi dinlənilib.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Füzuli adına Əlyazmalar İnstitutunun beynəlxalq əlaqələr şöbəsinin müdiri, professor Fərid Ələkbərli Azərbaycan dövlətinin multikulturalizmə alternativi olmayan mütərəqqi bir siyasət kimi yanaşdığını qeyd edib. Bu siyasətin nəticəsində ölkəmizdə dini etiqad azadlığının təmin olunduğunu, rəsmi fəaliyyət göstərən bütün dini icmaların qanun qarşısında eyni məsuliyyət daşıdığını vurğulayan alim dövlətimizin multikulturalizm siyasəti vasitəsilə cəmiyyətdə mövcud olan etnik-mədəni dəyərlərin qorunmasında, etnik toplumlar arasında dostluq və qardaşlıq mühitinin formalaşmasında əldə olunan nəticələri diqqətə çatdırıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin analitika şöbəsinin müdiri Rəşad İlyasov ölkəmizdə çoxmədəniyyətliliyin tarixi köklərindən və Azərbaycan ərazisində yaşayan bütün xalqların nümayəndələrinə göstərilən bərabər münasibətdən, tolerantlığın tarixindən danışıb. Ölkəmizdə yaşayan bütün xalqların və etnik qrupların din azadlıq hüquqlarının müdafiə olunmasına dövlətimizin xüsusi fikir verməsini qeyd edən R.İlyasov bu istiqamətdə görülən işlər barədə tədbir iştirakçılarına məlumat verib. Şöbə müdiri ölkə ərazisində və xaricdə “Azərbaycan multikulturalizmi” fənninin tədrisinə olan marağın artmasından da danışıb. Bildirib ki, Azərbaycanda artıq 30-a yaxın ali təhsil müəssisəsində, xaricdə isə 20 universitetdə bu fənn tədris olunur.
AMEA-nın əməkdaşı Xatirə Yusifova yazıçı və şairlərimizin, eləcə də rus ədiblərinin əsərlərində müşahidə olunan multikulturalizmə aid nümunələrdən danışıb, multikultural ruhlu əsərlərdən sitatlar gətirib.

AzMİU-nun Mətbuat Xidməti