ADU-da “İlham Əliyev siyasəti müasir Azərbaycanın dayanıqlı inkişafının təminatçısı kimi” mövzusunda dəyirmi masa keçirilib

ADU-da “İlham Əliyev siyasəti müasir Azərbaycanın dayanıqlı inkişafının təminatçısı kimi” mövzusunda dəyirmi masa keçirilib Azərbaycan Dillər Universitetində (ADU) “İlham Əliyev siyasəti müasir Azərbaycanın dayanıqlı inkişafının təminatçısı kimi” mövzusunda dəyirmi masa keçirilib.
ADU-nun Tərbiyə işləri üzrə prorektoru Sərraf Hüseynov Azərbaycan Prezidenti İlham Əliyevin 15 il boyunca ölkəyə layiqincə rəhbərlik etdiyini bildirib. O, Prezidentin Azərbaycanı dünyanın qabaqcıl ölkələri səviyyəsinə çatdıran siyasətlə idarə etdiyini söyləyib. Prezident İlham Əliyevin doğum gününü hər zaman diqqət və qayğıya ehtiyacı olan insanlarla keçirdiyini deyən S.Hüseynov dəyirmi masada Prezidentin yürütdüyü siyasətə müxtəlif istiqamətlərdə yanaşaraq təhlil olunacağını diqqətə çatdırıb.
ADU-nun tədris işləri üzrə prorektoru professor Əfqan Abdullayev Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü daxili və xarici siyasətdən danışıb, onun siyasi lider kimi keyfiyyətlərinə toxunub. O, kollektiv adından ölkə başçısına doğum günü münasibəti ilə xoş sözlərini və təbriklərini ünvanlayıb.
Təhsil fakültəsinin dekanı professor Fikrət Cahangirov Prezident İlham Əliyevin təhsil sahəsində həyata keçirdiyi məqsədyönlü siyasət haqqında çıxış edib. Qeyd edib ki, ölkə başçısının həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində Azərbaycan beynəlxalq tədbirlərin mərkəzinə çevrilib.
Dəyirmi masada Regionşünaslıq kafedrasının müdiri dosent Sevdagül Əliyeva “İlham Əliyevin təhsil siyasəti”, Multikulturalizm Elmi tədqiqat laboratoriyasının əməkdaşı Əli Fərhadov “Müasir Azərbaycanda multikultural və torelantlıq siyasəti”, Beynəlxalq münasibətlər kafedrasının dosenti Aysel Bağırova “İlham Əliyev siyasəti və Azərbaycanın regional təhlükəsizliyi” və baş müəllimi Lamiyə Qasımov “İlham Əliyev şəxsiyyəti və müasir Azərbaycan beynəlxalq münasibətlər sistemində”, Azərbaycanşünaslıq Elmi tədqiqat laboratoriyasının əməkdaşı, “Türkologiya” jurnalının elmi katibi Elçin İbrahimov “İlham Əliyevin Azərbaycan dilinin qorunmasında atdığı addımlar” istiqamətində məruzələrlə çıxış ediblər.
Dəyirmi masa müzakirələrlə başa çatıb.

ADU-nun Mətbuat Xidməti


ADU-da “İlham Əliyev siyasəti müasir Azərbaycanın dayanıqlı inkişafının təminatçısı kimi” mövzusunda dəyirmi masa keçirilib
ADU-da “İlham Əliyev siyasəti müasir Azərbaycanın dayanıqlı inkişafının təminatçısı kimi” mövzusunda dəyirmi masa keçirilibADU-da “İlham Əliyev siyasəti müasir Azərbaycanın dayanıqlı inkişafının təminatçısı kimi” mövzusunda dəyirmi masa keçirilib

Oxşar xəbərlər