Əqli mülkiyyət mövzusunda təlim təşkil olunub

Əqli mülkiyyət mövzusunda təlim təşkil olunub Hüquq və İnsan Haqları İnstitutunda professor Kamran Behbudov tərəfindən “Əqli mülkiyyət qanunvericiliyi. Azərbaycanda problemlər və inkişaf perspektivləri” mövzusunda təlim keçirilib.
İnstitutun əməkdaşları üçün təşkil olunan təlimdə “əqli mülkiyyət” anlayışının mahiyyətinə toxunulub, müasir sivilizasiya məsələlərində əqli mülkiyyətin rolu kimi məsələlər təhlil edilib.
Təlim zamanı 1883-cü ildə qüvvəyə minmiş "Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası" və 1886-cı ildə qüvvəyə minmiş "Ədəbi və bədii əsərlərin qorunması haqqında Bern Konvensiyası" barədə məlumat verilib. Əqli mülkiyyətin şamil olduğu patentlər, patentlərin alınması və müəllif hüquqlarının qorunması, piratçılığa qarşı mübarizə hüququ, əmtəə nişanlarının dövlət reyestr xidmətində qeydiyyatı və ticarət sirləri ətraflı şərh edilib.
K.Behbudov Azərbaycanda əqli mülkiyyətin qorunması istiqamətində formalaşmış hüquqi bazanın əhəmiyyətli cəhətlərinə toxunaraq, beynəlxalq və milli qanunvericiliyin konkret maddələrinə aydınlıq gətirib.
Təlimdə əməkdaşların mövzu ilə bağlı sualları cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər