"Hazırda qadın və uşaqlar da daxil olmaqla geri qayıtmış məcburi köçkünlərin həyatı ciddi təhlükə altındadır".
Bunu Kamboca Krallığında rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Pnompendə keçirilən ASEAN Parlamentlərarası Assambleyasının Qadın Parlamentarilərinin görüşü zamanı bildirib.
Milli Məclisin sədri xatırladıb ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi 30 ilə yaxın qonşu Ermənistanın işğalı altında olub:
"Bu ərazilərdə bütün şəhər və kəndlərimiz, tarixi, mədəni və dini abidələrimiz dağıdılıb. Öz doğma yurd-yuvalarından qaçqın və məcburi köçkün düşmüş 1 milyona yaxın soydaşımızın 52 faizini qadınlardır".
Sahibə Qafarova, həmçinin Azərbaycanın 2020-ci ildə öz torpaqlarını erməni işğalından azad etməsindən sonra həmin ərazilərdə aparılan genişmiqyaslı bərpa işləri barədə məlumat verib. O, bildirib ki, keçmiş məcburi köçkün ailələri artıq evlərinə qayıtmağa başlayıblar. Lakin Ermənistanın bu ərazilərdə basdırdığı çoxlu sayda mina bu prosesə ciddi maneədir.
Sahibə Qafarova diqqətə çatdırıb ki, iki il əvvəl müharibə başa çatandan sonra mina partlayışları nəticəsində, təxminən 270 azərbaycanlı həlak olub və ya ağır yaralanıb:
"Hazırda qadın və uşaqlar da daxil olmaqla geri qayıtmış məcburi köçkünlərin həyatı ciddi təhlükə altındadır. Mina problemi normal həyatlarını davam etdirməyə çalışan qadınlarımız üçün böyük bir sınaqdır".
Milli Məclisin sədri deyib ki, bu məsələ qadınlar, sülh və təhlükəsizlik haqqında qlobal gündəlikdə diqqətdə saxlanılmalıdır.
Tehsil-press.az