Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən ATMU-nun rektoru İlham Mədətov ulu öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının 30 il ərzində keçdiyi zəngin və şərəfli inkişaf yolundan, müstəqil Azərbaycan dövlətinin inkişafından söz açıb. Qeyd edib ki, Ulu Öndər ən çətin anda Azərbaycan Respublikasının dövlətçiliyinin qurulması məsuliyyətini öz üzərinə götürdü. Rektor YAP-ın təsis olunduğu gündən xalqın inam və etimadını doğrultduğunu, Cənubi Qafqazın ən böyük siyasi partiyası olaraq tanındığını, dövlətimizin və millətimizin mənafeyini hər şeydən üstün tutduğunu söyləyib: “Bu gün isə Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni uğurlara imza atır”.
İlham Mədətov Prezident İlham Əliyevin Azərbaycan dövlətinin möhkəmləndirilməsində və ərazi bütövlüyünün bərpası istiqamətindəki uğurlu fəaliyyətindən də söz açıb.
Tədbirdə ATMU- nun kafedra müdiri dosent Hafiz Hüseynov “YAP-30 il: Tarixi qələbə və zəfər partiyası”, professor Minəxanım Əsədova “Təhsilin inkişafında YAP-ın rolu”, dosent Günay Qafarova “YAP-ın mədəniyyətin inkişafında rolu” mövzularında çıxış ediblər. Çıxış edənlər Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının ölkənin və cəmiyyətin bütün sahələrinin inkişaf etməsi üçün böyük səy göstərdiyini vurğulayıblar.
Tədbirdə Yeni Azərbaycan Partiyasına üzv olmaq istəyən müəllim və tələbələrə partiya biletləri təqdim edilib.
Tehsil-press.az