
Mərasimdə ADNSU-nun rektoru professor Mustafa Babanlı universitetdə tədris prosesi və tədrisdə tyutorların rolundan danışıb. O, tyutor vəzifəsinin öhdəlikləri, tələbələrlə işin əlaqələndirilməsi, bu sahədəki mövcud çətinliklər və həlli vacib olan məsələlərdən söz açıb.
TKTA-nın sədri Ülkər Səttarova tyutorların peşəkarlığının artırılmasına dəstək verilməsi baxımından təlimin əhəmiyyətindən bəhs edib. O, agentlik tərəfindən ali təhsil müəssisələrinin inkişafına yönəlmiş belə təlimlərin keçirilməsinə hər zaman dəstək verildiyini qeyd edib.
Sonra təlimdə yüksək nəticə göstərmiş ADNSU tyutorları TKTA tərəfindən sertifikatla təltif ediliblər. Qeyd edilib ki, ADNSU-dan 65 nəfər tyutor təlimlərdə iştirak edib.
Tehsil-press.az