Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi İdarə Heyətinin sədri Mustafa Abbasbəylinin rəhbərliyi ilə agentliyin bir neçə məsul əməkdaşı Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olub.
ADNSU-nun rektoru professor Mustafa Babanlı ilə görüşdə ikitərəfli əməkdaşlıq üzrə perspektivli layihələr və yeni hədəflərlə bağlı fikir mübadiləsi aparılıb.
Rektor qonaqlara ADNSU-nun fəaliyyəti, universitetdəki HPC mərkəz haqqında məlumat verib. Bildirib ki, universitet tədrisin və təhsilin keyfiyyətini yüksəltməklə elmi nəticələr əldə edir, həmçinin xalqımız və dövlətimiz üçün savadlı kadrlar yetişdirməyi təmin etməyə çalışır. Son illər ADNSU məzunlarının işlə təmin olunma göstəricisi ürəkaçandır.
M.Babanlı universitetin agentlik ilə əməkdaşlığına maraqlı olduğunu da bildirib.
Dövlət Məşğulluq Agentliyi İdarə Heyətinin sədri Mustafa Abbasbəyli qeyd edib ki, təhsil müəssisələri ilə əməkdaşlıq əmək bazarı üçün lazımi mütəxəssislərin hazırlanmasında, məşğulluq səviyyəsinin yüksəldilməsində səmərəli nəticə verir.
Agentlik rəhbəri ADNSU ilə həm istehsalat, həm də peşə hazırlığı istiqamətində əməkdaşlığın inkişafından bəhs edib və əlaqələrin qurulmasının hər iki müəssisə üçün əhəmiyyətli olacağını vurğulayıb.
Sonra əməkdaşlıq memorandumu imzalanıb.
Tehsil-press.az