ADNSU-nun rektoru Türkiyədə beynəlxalq konfransda çıxış edib

ADNSU-nun rektoru Türkiyədə beynəlxalq konfransda çıxış edib Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru professor Mustafa Babanlı Türkiyədə “Batman Enerji Zirvəsi – 2022” beynəlxalq konfransında iştirak edir.
ADNSU-nun xüsusi tərəfdaş qismində iştirak etdiyi konfransda enerji məsələləri, enerji sektorunun qarşısında duran məsələlər ətrafında müzakirələrin aparılması nəzərdə tutulur.
Konfransın açılış mərasimində Batman Universitetinin rektoru professor İdris Demir, professor Mustafa Babanlı, Türkiyə Xarici İşlər Nazirliyinin Diyarbakır təmsilçisi İbrahim Mete Yağlı çıxış ediblər.
M.Babanlı ADNSU haqqında məlumat verib. O, 44 günlük Vətən müharibəsində qazandığımız Zəfərin əhəmiyyətindən danışıb.
Sonra M.Babanlı Batman Universitetinin professor-müəllim heyəti ilə görüşüb. O, ADNSU-da tədrisin təşkili və aparılan elmi işlərdən bəhs edib.
Ənənəvi və onlayn formatda keçirilən konfransda ADNSU-nun professor-müəllimlərinin də elmi məruzələrlə çıxışları nəzərdə tutulub.

Tehsil-press.az


Oxşar xəbərlər