Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı tanınmış rusiyalı alim, A.Trofimuk adına Neft-Qaz Geologiya və Geofizika İnstitutunun baş elmi işçisi, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, Novosibirsk Dövlət Universitetinin professoru Nikolay Zapivalov ilə görüşüb.
Görüşdə professor M.Babanlı rəhbərlik etdiyi ali məktəbdə aparılan islahatlar, tədris prosesi, beynəlxalq əlaqələr haqqında ətraflı məlumat verib.
Hazırda universitetdə üç dildə tədris aparıldığını qeyd edən rektor Fransa-Azərbaycan Universitetinin (UFAZ) fəaliyyətindən danışıb. M.Babanlı Rusiyanın geoloji-kəşfiyyat sahəsində tanınmış aliminin elmi araşdırmalarının ADNSU üçün də maraqlı olduğunu qeyd edib.
Professor N.Zapivalov neft sahəsində ixtisaslaşmış ADNSU ilə tanışlıqdan məmnunluğunu bildirib.
Rusiyalı alim ADNSU-nun tələbələrinə mühazirələr oxuyacaq.

ADNSU-nun Mətbuat Xidməti