ADNSU-nun yay təcrübə proqramını uğurla başa vuran tələbələrinə sertifikatlar təqdim olunub

ADNSU-nun yay təcrübə proqramını uğurla başa vuran tələbələrinə sertifikatlar təqdim olunub Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Binəqədi Oil” şirkətində yay təcrübə proqramını uğurla başa vuran tələbələrə sertifikatlar təqdim olunub.
Professor və müəllimlərin, tələbələrin, “Binəqədi Oil” şirkətinin baş geoloqu Ramin Xudiyev, şirkətin İstehsalat texniki şöbəsinin müdiri Ruhin Rəhimovun iştirak etdikləri təqdimetmə mərasimində ADNSU-nun rektoru professor Mustafa Babanlı nəzəri biliklərlə yanaşı, tələbələrin praktiki vərdişlərə yiyələnməsinin, istehsalatda təcrübə keçməsinin əhəmiyyətindən danışıb və bu istiqamətdə bir çox layihələrin həyata keçirildiyini, əməkdaşlığın genişləndirildiyini vurğulayıb. “Binəqədi Oil” şirkəti ilə uzunmüddətli tərəfdaşlığın olduğunu qeyd edən rektor 23 tələbənin ödənişli istehsalat təcrübəsinə cəlb olunmasına görə şirkətə təşəkkürünü bildirib.
ADNSU ilə əməkdaşlıqdan məmnunluğunu qeyd edən “Binəqədi Oil” şirkətinin nümayəndələri təcrübədən uğurla keçən tələbələrdən razı qaldıqlarını və onların təcrübə müddətində etimadı doğrultduqlarını deyiblər.
Sonra təcrübə proqramını uğurla başa vuran tələbələr “Binəqədi Oil” şirkəti tərəfindən sertifikatla təltif olunublar.

Tehsil-press.az

Oxşar xəbərlər