Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru professor Mustafa Babanlı Azərbaycan Layihə İdarəetmə Assosiasiyasında kurs keçən tələbələrlə görüşüb.
Universitetin informasiya texnologiyaları və idarəetmə, iqtisadiyyat və menecment fakültələrinin 10 tələbəsi Azərbaycan Layihə İdarəetmə Assosiasiyasında “Layihə menecmenti tədris potensialının və layihələrin idarə olunması üzrə kompetensiyaların artırılması” üzrə 1 aylıq kursu başa vuraraq sertifikatla mükafatlandırılıb.
Görüşdə rektor M.Babanlı layihənin əhəmiyyətindən danışıb və layihələndirmə işinin təşkilinin, onun gənclərə öyrədilməsinin vacibliyini qeyd edib.
Azərbaycan Layihə İdarəetmə Assosiasiyasının vitse-prezidenti Fərid Kazımov kurs müddətində ADNSU tələbələrinin daha fəal olduğunu bildirib. O, bundan sonra da layihələndirmə işinin təşkili ilə bağlı ADNSU ilə əməkdaşlıq edəcəklərini diqqətə çatdırıb.
Sonda rektor M.Babanlı tələbələrə sertifikatlar təqdim edib, onlara təhsildə uğurlar arzulayıb.
Tehsil-press.az