Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Rusiyanın Ufa Dövlət Neft Texniki Universitetinin nümayəndə heyəti ilə görüş olub.
Görüşdə ADNSU-nun rektoru professor Mustafa Babanlı universitetdə tədris, ingilisdilli ixtisaslar, HPC mərkəz, Azİİ IT Club, Lazer mərkəzi, Azİİ e-Kitab evi, həmçinin beynəlxalq əməkdaşlıq, ikili proqramlar, sənaye müəssisələri ilə əlaqələr və UFAZ haqqında videotəqdimatla çıxış edərək ətraflı məlumat verib.
Sonra birgə layihələrin əhəmiyyəti, tələbələrin birbaşa əlaqələrinin genişləndirilməsi və ikili proqramların təkmilləşdirilməsi məsələləri müzakirə olunub.
Ufa Dövlət Neft Texniki Universiteti tərəfindən Rusiya-Azərbaycan Universitetləri Assosiasiyası çərçivəsində ADNSU-nun bir qrup tələbəsi fəxri fərmanla təltif edilib.
Stajkeçmədə iştirak edən Ufa Dövlət Neft Texniki Universitetinin nümayəndələrinə ADNSU-nun sertifikatları və hədiyyələr təqdim olunub.
Tehsil-press.az