“Məqsədimiz dünyanın ən güclü strateji gücünə sahib olmaqdır” - Kim Çen In

“Məqsədimiz dünyanın ən güclü strateji gücünə sahib olmaqdır” - Kim Çen In Şimali Koreya lideri Kim Çen In ölkəsinin dünyanın ən güclü strateji gücünə sahib olmağı hədəflədiyini açıqlayıb.
Kim bunu noyabrın 18-də keçirilən qitələrarası ballistik raket sınağında iştirak edən hərbçilərin mükafatlandırma mərasimində deyib.
Lider Şimali Koreyanın güclü ordu qurmaq qabiliyyətini nümayiş etdirdiyinə diqqət çəkib:
"Bizim əsas məqsədimiz dünyanın ən güclü strateji qüvvəsinə sahib olmaqdır".

Tehsil-press.az


Oxşar xəbərlər