Turizm və Menecment Universitetində yeni layihəyə start verilib

Turizm və Menecment Universitetində yeni layihəyə start verilib Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Karyera və kommunikasiya şöbəsinin təşkilatçılığı ilə “Career Advisor Zone” layihəsi çərçivəsində ilk təlim keçirilib.
Layihədə tələbələrlə işəgötürənlər arasında birbaşa əlaqənin yaradılması, karyera - təcrübə imkanlarına dəstək, karyera strategiyasını şərtləndirən səmərəli məsləhətlər nəzərdə tutulub. “Career Advisor Zone” layihəsi üzrə keçirilən ilk görüşün qonağı “Four Seasons Hotels and Resorts”un İnsan resursları departamentinin direktoru İdil Tumoz Eratay idi. Layihənin icrası ilə bağlı təlimdə İdil Tumoz Eratayın uğurlu karyera qurmasının sirləri və strategiyaları mövzusundakı çıxışı iştirakçılar tərəfindən maraqla qarşılanıb. Tədbirin sonunda təlimçi tələbələrin suallarını cavablandırıb.
Qeyd etmək lazımdır ki, ATMU-da növbəti aylarda “Career Advisor Zone” layihəsi çərçivəsində silsilə təlimlərin təşkili nəzərdə tutulur.

Tehsil-press.az


Oxşar xəbərlər