Turizm və Menecment Universitetində “NLP- yumşaq gipnoz” mövzusunda təlim

Turizm və Menecment Universitetində “NLP- yumşaq gipnoz” mövzusunda təlim Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Karyera və kommunikasiya şöbəsinin təşkilatçılığı ilə “NLP- yumşaq gipnoz” mövzusunda təlim keçirilib.
Tədbirdə “Afandi Business Academy” şirkətinin təsisçisi, peşəkar təlimçi İlham Əfəndiyev neyro linqvistik proqramlaşdırma, qeyri-verbal ünsiyyət qaydaları, empatiya, bədən dili, rahat ünsiyyət qurmaq, satış, inandırmaq bacarığına yiyələnmək kimi mövzulara aydınlıq gətirib.
Sual-cavab, oyunlar və qrup işləri çərçivəsində təşkil olunan təlimdə ATMU-nun Karyera və kommunikasiya şöbəsinin müdiri Səidə Məmmədova, şöbənin mütəxəssisi Lalə Qafarova və Tələbə Gənclər Təşkilatının sədri Samir Abdullayev iştirak ediblər.
Təlimin sonunda universitetin bir qrup tələbəsinə şirkətin sertifikatları təqdim olunub.

Tehsil-press.az

Oxşar xəbərlər