Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanası Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu (Az.KİK) çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professor-müəllim heyəti, magistr və tədqiqatçıları üçün "Akademik bazalardan istifadə və nəşr imkanları” mövzusunda təlim-seminar keçirib.
Tədbirdə UNEC Kitabxana-İnformasiya Mərkəzinin direktoru Adilə Abdullayeva mərkəzin abunə olduğu akademik bazalar, beynəlxalq nəşrlər, elektron kitabxana resursları barədə məlumat verib.
BDU-nun Elmi Kitabxanasının direktoru Nigar İsmayılova kitabxana işi sahəsində təqdimatla çıxış edib. O, nüfuzlu beynəlxalq təşkilat və nəşriyyatlarla ali məktəb kitabxanaları arasında əməkdaşlığın qurulmasında rəhbərlik etdiyi kitabxananın fəaliyyətindən danışıb.
Az.KİK-in rəhbəri, “EİFL.net” və “EBSCO”nun Azərbaycan üzrə təmsilçisi, BDU-nun Elmi Kitabxanasında şöbə müdiri Cəmilə Yusifova “EBSCO” və “EİFL.net” beynəlxalq konsorsiumunun xidmətləri, müxtəlif elm və tədris sahələri üzrə hazırlanmış jurnal, kitab, qəzet paketləri, iqtisadiyyatla bağlı xüsusi akademik jurnallar və onlardan istifadə qaydalarından danışıb.
Tədqiqatçılara “EİFL.net”in innovativ xidmətlərindən, elmi araşdırmalar zamanı elektron resurslardan, tammətnli məqalələrdən, kitablardan istifadə etmək imkanlarından bəhs edən növbəti təlimçi, ADA Universitetinin kitabxana sistemləri mühəndisi, “EİFL.net”in “Open Access” üzrə koordinatoru İltifat İbrahimov jurnallarda məqalə nəşri, beynəlxalq bazalarda səmərəli axtarışın aparılması qaydalarını iştirakçılara əyani şəkildə təqdim edib.
Sonra təlimçilər tədbir iştirakçılarının suallarını cavablandırıblar.
Tehsil-press.az