Memarlıq və İnşaat Universitetində ingilis dili müəllimləri üçün təlim keçirilib

Memarlıq və İnşaat Universitetində ingilis dili müəllimləri üçün təlim keçirilib Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) bu ali məktəbin ingilis dilində tədris aparan və sertifikatı olan 40 müəllimi üçün təlim keçirilib. Təlimçi qismində universitetin Elmi tədqiqat şöbəsinin müdiri dosent Nərmin Rzayeva çıxış edib.
Təlimdə akademik yazı üslublarının yeni trendlərindən, məqalələrdə elmi nəticələrin daha aydın təsvir olunması üsullarından, mətndəki vurğuların düzgün qoyulmasından, elmi məqalələrdə qrammatik qaydaların xüsusiyyətlərindən bəhs olunub. Müəllimlər çoxsaylı tapşırıqları yerinə yetirib, özləri üçün faydalı məlumatlardan bəhrələniblər. Bu isə tədbirin interaktiv şəkildə keçirilməsini təmin edib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər