BDU-nun “SABAH” tələbələrinə “Buraxılış işində tədqiqat metodları” adlı təlim keçirilib

BDU-nun “SABAH” tələbələrinə “Buraxılış işində tədqiqat metodları” adlı təlim keçirilib Bakı Dövlət Universitetinin “SABAH” Mərkəzinin təşkilatçılığı ilə tələbələrə “Buraxılış işində tədqiqat metodları” mövzusunda təlim keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Ankara Universitetinin doktorantı və BDU-nun müəllimi Qoşqar Bəylərovun keçdiyi təlimdə “SABAH” qruplarının müvafiq ixtisasları üzrə IV kurs tələbələrinə elmi tədqiqat işi, tədqiqat metod və texnikaları, buraxılış işinin yazılma qaydaları, ədəbiyyat mənbələrindən düzgün istifadə, ədəbiyyat siyahısının tərtibi, istinad mədəniyyəti, plagiat, rəqəmsal tədqiqat yolları və elmi işlərin təqdimatlarının hazırlanma qaydaları haqqında ətraflı məlumat verilib.
Sonra nümunələr əsasında fərqli ixtisaslardan olan tələbələrin buraxılış işi mövzularında istifadə edə biləcəkləri tədqiqat metod və texnikaları haqqında müzakirələr aparılıb.
İnteraktiv keçən təlimdə tələbələrin sualları cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər