Elmi seminar: Məqalə necə yazılır?

Elmi seminar: Məqalə necə yazılır? Tələbələrin elmi-tədqiqat işlərinə marağını nəzərə alaraq Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında Riyaziyyat və kompüter elmləri kafedrasının baş müəllimi pedaqogika üzrə fəlsəfə doktoru Asif Nəbiyev “Məqalə necə yazılır?” mövzusunda elmi-praktiki seminar keçirib.
Seminarda Riyaziyyat və kompüter elmləri kafedrasının müdiri pedaqogika üzrə fəlsəfə doktoru Firidə Mustafayeva tədbirin əhəmiyyətindən, onun elmi-tədqiqat işi ilə məşğul olan tələbələrə faydasından danışıb.
Asif Nəbiyev məqalənin adı və mövzunun aktual olmasının vacibliyi, akademik yazı qaydaları barədə məlumat verib. O, tələbələrə məqalə yazarkən mövzunun seçilməsinə, açar sözlərin yazılmasına aid izahat verib.
Tələbələr təklif olunmuş mövzulara aid esselər yazaraq çıxış ediblər. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər