Prezident saxlanıldı, yeni dövlət başçısı and içdi

Prezident saxlanıldı, yeni dövlət başçısı and içdi Peru Prezidenti Pedro Kastilyo parlamentin buraxıldığını elan edib.
Bu barədə prezident özü məlumat verib.
Ölkədə fövqəladə vəziyyət elan olunduğunu deyən prezident müvəqqəti hökumətin qurulacağını vurğulayıb.
O qeyd edib ki, ölkədə dekabrın 7-dən etibarən komendant saatı tətbiq olunub.
***
Peru Prezidenti Pedro Kastilyo tərəfindən buraxılan Konqres ona impiçment elan edib.
Bu barədə parlament məlumat yayıb.
“Demokratiyamızı və konstitusiyamızı müdafiə edərək, Konqresin plenar iclası prezident Pedro Kastilyonun istefasının lehinə 101 səs verib”, - bəyanatda deyilir.
***
Peru Prezidenti Kastilyo üsyanda və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.
***
Peru polisi bundan əvvəl ölkə parlamenti tərəfindən prezidentlikdən uzaqlaşdırılan Pedro Kastilyonu saxlayıb.
Bu barədə "El Comercio" qəzeti məlumat yayıb.
Nəşr onun hazırda paytaxt Limada olduğunu qeyd edib.

Tehsil-press.az



Oxşar xəbərlər