Bu rayonlarda 5000 abonentin qazı kəsildi - “Azəriqaz” təcili hərəkətə keçdi

Bu rayonlarda 5000 abonentin qazı kəsildi - “Azəriqaz” təcili hərəkətə keçdi "Respublika ərazisində hava şəraitinin kəskin soyuması səbəbindən İmişli, Quba, Qusar, Lerik, Astara rayonları ərazisində bəzi kəndlərin qaz təchizatında fasilə yaranıb".
"Azəriqaz" İB-nin Qəza-bərpa xidmətinin əməkdaşları qeyd olunan rayonlara ezam olunub.
Abonentlərin soyuq havada fasiləsiz qazla təmin olunmaları üçün Birlik bütün imkanlarını səfərbər edib:
"Kəskin hava şəraiti işin intensiv aparılmasına mane olur, amma buna baxmayaraq qazı kəsilən 5000 abonentin probleminin həlli istiqamətində ciddi addımlar atılır".

Tehsil-press.az



Oxşar xəbərlər