AzTU-nun əməkdaşları Bilkent Universiteti kitabxanasının iş təcrübəsini öyrəniblər

AzTU-nun əməkdaşları Bilkent Universiteti kitabxanasının iş təcrübəsini öyrəniblər Azərbaycan Texniki Universitetinin (AzTU) Kitabxana İnformasiya Mərkəzinin direktoru Xəyalə Hacıyeva və kitabxana proseslərinin avtomatlaşdırılması və rəqəmsallaşdırılması üzrə baş məsləhətçisi İltifat İbrahimov Bilkent Universitetində olublar.
AzTU-nun nümayəndələri Bilkent Universitetinin kitabxanasının əməkdaşları ilə görüşüb, onların iş təcrübəsi ilə tanış olublar. Bilkent Universitetinin kitabxanasının Xidmət şöbəsinin müdiri kitabxananın fəaliyyəti ilə bağlı məlumat verib, daha sonra isə kitabxana ilə tanışlıq olub.
AzTU-nun əməkdaşları kitabxananın Rəqəmsallaşdırma, texniki xidmətlər və elektron xidmətlər şöbələrində olublar. Kitabxananın istifadə etdiyi avtomatlaşdırılmış kitabxana sistemi, rəqəmsal arxiv təcrübəsi, informasiya resurslarının rəqəmsallaşdırma texnologiyası və digər proqram təminatı kimi mövzularda müzakirələr aparılıb. AzTU-nun nümayəndələrinə kitabxananın ədəbiyyat qəbulu metodları, sorğu formaları, istifadə olunan kataloqlaşdırma standartları, kitabın texniki işlənmə qaydaları, müasir inventarlaşma metodu və təhlükəsizlik etiketlənməsi ilə bağlı məlumat verilib. Kitabxana işinin digər bir istiqaməti olan xarici verilənlər bazalarının iş prinsipləri nümayiş olunub. Burada beynəlxalq verilənlər bazalarının universitet profilinə uyğun dəyərələndirilməsi, danışıqların həyata keçirilməsi, sınaq bazalarının əldə olunması haqqında fikirlər dinlənilib.

Tehsil-press.az



Oxşar xəbərlər