AzTU “ACM Rəqəmsal Kitabxana bazası”ndan istifadə hüququ əldə edib

AzTU “ACM Rəqəmsal Kitabxana bazası”ndan istifadə hüququ əldə edib Azərbaycan Texniki Universitetinin (AzTU) Kitabxana İnformasiya Mərkəzi texniki elmlər sahəsində dünyanın qabaqcıl akademik bazalarından olan “Association of Computing Machine (ACM) Digital Library” rəqəmsal kitabxanasından 2024-cü ilə qədər istifadə hüququ əldə edib.
AzTU Kitabxana İnformasiya Mərkəzi “ACM Rəqəmsal Kitabxana bazası”ndan istifadə hüququna Azərbaycan Kitabxana və İnformasiya Konsorsiumu ilə əməkdaşlığı çərçivəsində nail olub. Bu əməkdaşlıq nəticəsində AzTU Kitabxana İnformasiya Mərkəzi ACM-in 70 tam mətnli jurnal, 200-dən çox hər il keçirilən konfrans materialı, xəbər bülletenləri, veb-saytlar və multimedia faylları da daxil olmaqla bütün nəşr portfoliosundan istifadə imkanını istifadəçilər üçün təmin edib.

Tehsil-press.az



Oxşar xəbərlər