UNEC-in kitabxanasının əməkdaşları Mərmərə Universitetində təcrübə mübadiləsində iştirak edirlər

UNEC-in kitabxanasının əməkdaşları Mərmərə Universitetində təcrübə mübadiləsində iştirak edirlər Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Kitabxana-İnformasiya Mərkəzinin direktoru Adilə Abdullayevanın rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin Mərmərə Universitetində təcrübə mübadiləsi üçün İstanbul şəhərinə ezam olunublar.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, səfərin ilk günü nümayəndələr Mərmərə Universitetinin kitabxanasının direktoru Öndər Bayırla görüşüblər.
Görüşdə hər iki universitet arasında kitabxana sahəsində qarşılıqlı əməkdaşlıq, birgə layihələrin reallaşdırılması barədə fikir mübadiləsi aparılıb.
Sonra UNEC-in nümayəndə heyəti Mərmərə Universitetinin kitabxanasının elektron xidmətləri, kataloqlaşdırma və təsnifat, rəqəmsallaşdırma, bibliometrik və elmmetrik tədqiqatlar, kitabxanalararası mübadilə, eləcə də restavrasiya və cildləmə prosesləri ilə tanış olublar.
Mübadilə proqramı noyabrın 19-dək davam edəcək.

Tehsil-press.az

Oxşar xəbərlər