BDU-nun tələbələri Mərkəzi Elmi Kitabxananın iş təcrübəsi ilə tanış olublar

BDU-nun tələbələri Mərkəzi Elmi Kitabxananın iş təcrübəsi ilə tanış olublar Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin III kurs tələbələri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) iş təcrübəsi ilə tanış olublar.
Kitabxananın direktoru professor Məmməd Əliyev MEK-in tarixi, strukturu, fəaliyyəti, sənəd dövriyyəsi, kitab fondu və eləcə də prioritetləri barədə tələbələrə məlumat verib. O vurğulayıb ki, kitabxananın yeni binası Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci il 29 aprel tarixli Sərəncamına əsasən tikilib. Kitabxana ən müasir avadanlıqlarla təchiz olunub, ötən dövr ərzində qurumun kadr potensialı inkişaf etdirilib.
Tələbələr təcrübə zamanı kitabxananın şöbələri, həmçinin ənənəvi və elektron kataloqu ilə tanış olublar, burada həyata keçirilən rəqəmsallaşdırma prosesləri barədə informasiyalar onların diqqətinə çatdırılıb. Kitabxanada yeni yaradılmış Qarabağ Qəhrəmanları Fondu ilə tanışlıq təcrübə iştirakçılarında böyük təəssürat yaradıb.

Tehsil-press.az



Oxşar xəbərlər