2022-ci ilin 12 dekabr tarixində Mingəçevir Dövlət Universiteti (MDU) və YAP Mingəçevir şəhər təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Liderin anım gününə həsr olunan “Heydər Əliyev Azərbaycanın hərtərəfli inkişaf konsepsiyasının banisidir” mövzusunda elmi-praktiki konfrans keçirilib. Konfransda şəhər partiya təşkilatının nümayəndələri, universitetin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak ediblər.
Əvvəlcə, Ulu Öndərin abidəsinin qarşısına gül dəstələri düzülüb. Sonra, Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanan konfransda Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransın açılışında MDU-nun rektoru Şahin Bayramov və YAP Mingəçevir şəhər təşkilatının sədr müavini Bəxtiyar Mustafayev çıxış ediblər.
Rektor müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyevin qədirbilən xalqımız tərəfindən hər zaman dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyini bildirib. Ümummilli Liderin ömrünü xalqın firavan gələcəyinə həsr etdiyini qeyd edən Ş.Bayramov görkəmli siyasi və dövlət xadiminin respublikamıza rəhbərlik etdiyi bütün illəri Azərbaycan tarixində qızıl dövr kimi xarakterizə edib. Bildirib ki, Ulu Öndər Azərbaycanın müstəqilliyinin xilası, qorunması və möhkəmləndirilməsi naminə misilsiz xidmətlər göstərərək hələ sağlığında xalqımızın qəlbində əbədi heykəlini ucaldıb. Azərbaycanın müstəqilliyinin dönməz və əbədi xarakter alması, dünyada öz layiqli yerini tutması, tarixi Zəfər qazanması, ərazi bütövlüyünü təmin etməsi və hazırda yeni geosiyasi reallıqlar yaradan qüdrətli dövlətə çevrilməsi Ulu Öndərin müəllifi olduğu milli maraqlara əsaslanan hərtərəfli inkişaf strategiyasının təntənəsidir. Azərbaycanın günü-gündən çiçəkləndiyini qeyd edən rektor hazırda Heydər Əiyev siyasətinin yeni dövrün tələblərinə uyğun uğurla davam etdiyini diqqətə çatdırıb. Vurğulayıb ki, xalqımızın milli sərvəti hesab edilən Heydər Əliyevin zəngin və çoxşaxəli irsi bundan sonra da Azərbaycanın nəhəng uğurlar və möhtəşəm nailiyyətlər qazanmasına zəmin yaradacaqdır.
Azərbaycanın quruculuq salnaməsində silinməz izlər qoyan əbədiyaşar liderin zəngin dövlətçilik ideyalarının qorunub saxlanılması və gənc nəsillərə ötürülməsinin əsas və şərəfli vəzifələrdən olduğunu diqqətə çatdıran Ş.Bayramov bu baxımdan dövlət başçısının müvafiq Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Universitetdə Ümummli Liderə həsr olunan müxtəlif çoxsaylı tədbirlərin Vətənə, dövlətə və xalqa bağlı layiqli mütəxəssis kadrların hazırlanmasına və gənclərin hərtərəfli inkişafına əhəmiyyətli töhfəsindən danışan rektor konfransın işinə uğurlar arzulayıb.
YAP Mingəçevir şəhər təşkilatının sədr müavini Bəxtiyar Mustafayev müstəqil dövlətçiliyin əsaslarının yaradılmasında, Azərbaycanın hüquqi, dünyəvi və demokratik dövlətə çevrilməsində və hərtərəfli inkişafında Ulu Öndərin müstəsna xidmətlərindən bəhs edib. Bildirib ki, müasir və müstəqil Azərbaycan Ulu Öndərin şah əsəridir. Respublikamızda ictimai həyatın elə bir sahəsi yoxdur ki, onun inkişafı Heydər Əliyevin adı ilə bağlı olmasın. Hazırda ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi-iqtisadi kursun müasir dövrün tələblərinə uyğun yeni keyfiyyət mərhələsində uğurla davam etdirildiyini vurğulayan B.Mustafayev Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dünyada mövqelərinin daha da möhkəmləndiyini və müstəqillik tarixinin ən qüdrətli dövrünü yaşadığını bildirib.
MDU ilə YAP Mingəçevir şəhər təşkilatının birgə təşkil etdiyi konfransın ənənə hal aldığını qeyd edən B.Mustafayev son dərəcə təcrübəli dövlət başçısı və müdrik siyasi xadim Heydər Əliyevin zəngin dövlətçilik məfkurəsinə daha yaxından bələd olmaq üçün bu tipli konfransların önəmini vurğulayıb və təşkilatçılara təşəkkürünü bildirib.
Açılış nitqlərindən sonra “Böyük lider Heydər Əliyevin həyat yolu” adlı videoçarx nümayiş etdirilib.
Sonra konfransın proqramına uyğun olaraq məruzələr dinlənilib. MDU əməkdaşlarından Qaragöz Kərimov “Heydər Əliyev – şanlı keçmişimizi işıqlı gələcəyə daşıyan lider”, Fidan İsayeva “Heydər Əliyev Azərbaycan təhsilinin ən böyük himayədarı kimi”, Xəyalə Hüseynzadə “Heydər Əliyev zəkasının işığında aydınlanan elmimiz”, Babək Hüsüyev “Heydər Əliyev: Azərbaycanın davamlı iqtisadi inkişafının memarı”, Məryəm Əsədova “Heydər Əliyev və İKT sahəsinin inkişafı”, Nərmin Əliyeva “Heydər Əliyev siyasətində Azərbaycanda turizm inkişafının yeri” və Aytac Cavadova “Heydər Əliyev və Azərbaycanda ekologiya siyasəti” mövzusunda məruzələrlə çıxış ediblər.
Məruzələr konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, MDU-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunan tədbirlərin keçirilməsinə, dahi şəxsiyyətin zəngin və çoxşaxəli irsinin öyrənilməsi və tələbə gənclər arasında təbliğinə xüsusi diqqət yetirilir.
Tehsil-press.az