ATMU ilə Macarıstanın ali məktəbləri arasında əlaqələr genişlənir

ATMU ilə Macarıstanın ali məktəbləri arasında əlaqələr genişlənir Macarıstanın ölkəmizdəki səfiri Tamaş Yojef Torma Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) olub.
Görüşdə rektor İlham Mədətov cari tədris ilində bir qrup ATMU tələbəsinin Macarıstanın nüfuzlu turizm obyektlərində peşəkarlıq vərdişlərinə yiyələnəcəklərinə ümidvar olduğunu bildirib.
Səfir Azərbaycan Macarıstan münasibətlərinin çoxşaxəli inkişafından, ölkələrimiz arasında təhsil əlaqələrindən danışıb. O, ATMU tələbələrinin istehsalat təcrübəsinin Macarıstanda təşkil edilməsinə səy göstərəcəyini bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər