ATMU və IMC Krems Tətbiqi Elmlər Universiteti arasında əlaqələr möhkəmlənir

ATMU və IMC Krems Tətbiqi Elmlər Universiteti arasında əlaqələr möhkəmlənir Avstriya Respublikasının ölkəmizə yeni təyin olunan səfiri Tomas Şuller-Qötzburq Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) olub.
ATMU-nun rektoru İlham Mədətov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa və Dövlət Turizm Agentliyinin Təhsil və təlim sektorunun müdiri Arzu Tairquliyeva-Nağıyevanın iştirak etdikləri görüşdə təhsil və tədrisin təşkili, inkişaf strategiyası məsələlərinə aydınlıq gətirilib.
İlham Mədətov ATMU və IMC Krems Tətbiqi Elmlər Universiteti arasında 15 il əvvəl bağlanan Azərbaycan- Avstriya Turizm Proqramının (AATP) uğurlu təhsil siyasəti olduğu bildirilib. Görüşdə qeyd olunan proqram çərçivəsində ixtisaslı kadrların hazırlanması işinin səmərəli təşkili, təhsilin keyfiyyəti, rəqabətliliyin artırılması məsələlərinə xüsusi önəm verilib.
Səfir Tomas Şuller-Qötzburq Azərbaycan-Avstriya Turizm Proqramı üzrə tədrisə məsul əcnəbi müəllim-professor heyəti ilə görüşüb. O, turizm sahəsi üzrə ixtisaslı kadr kimi tanınmaq istəyən tələbələrə müasir bilik və peşəkar vərdişlərdən faydalanmağı tövsiyə edib.

Tehsil-press.az


Oxşar xəbərlər