Peşəkar mühasib sertifikatı üzrə hazırlıq kursuna qeydiyyat başlayıb

Peşəkar mühasib sertifikatı üzrə hazırlıq kursuna qeydiyyat başlayıb Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Ömürboyu Təhsil Mərkəzində peşəkar mühasib sertifikatının (PMS) 1-ci mərhələsi üzrə hazırlıq kursuna qeydiyyat başlayıb.
Hazırlıq kursunun ilkin mərhələsi “Mühasibat uçotu” mövzusuna həsr olunacaq. Kurs Maliyyə və mühasibat fakültəsinin dekanı iqtisad elmləri üzrə fəlsəfə doktoru Hafis Hacıyev və dekan müavini Abdulkərim Sadıqov tərəfindən tədris ediləcək.
Kursun tədris proqramı 60 saatı əhatə edir. Dərslər 3 ay davam edəcək.

Tehsil-press.az



Oxşar xəbərlər