Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində “Su hövzələrinin çirklənməsi problemləri” mövzusunda maarifləndirici tədbir keçirilib.
Maliyyə və mühasibat fakültəsinin dekanı iqtisad elmləri namizədi Hafis Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin su ehtiyatlarından səmərəli istifadəni təmin etmək üçün əlavə tədbirlər haqqında müvafiq Sərəncamının və bu sahədə müəyyənləşdirilmiş 2020-2022-ci illər üçün Tədbirlər Planının əhəmiyyətini diqqətə çatdırıb.
Universitetin Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı kafedrasının baş müəllimi coğrafiya üzrə fəlsəfə doktoru Firuzə Cəfərova sürətli sənayeləşmə, çirkab suların su hövzələrinə axıdılması, su ehtiyatlarından sui-istifadə məsələlərindən danışıb. O, gələcəkdə ciddi su çatışmazlığı problemi ilə üzləşməmək üçün sudan səmərəli və qənaətlə istifadənin, su mənbələrinin çirklənmədən etibarlı mühafizəsinin təşkili imkanları barədə məlumat verib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Tehsil-press.az